Ru
Bakı
USD
EUR
GBP
RUB

Futzal üzrə Yüksək Liqanın VIII turunun oyun cədvəli açıqlanıb

news photo

18.11.2019 17:57 // İdman

Futzal üzrə Yüksək Liqanın VIII turunun oyun cədvəli açıqlanıb.

Youthportal.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları noyabrın 21-də keçiriləcək.

Tura “Xızı–“Neftçi” oyunu ilə start veriləcək. Görüş saat 12:00-da başlayacaq. Günün ikinci qarşılaşması “Araz” və EKOL komandaları arasında keçiriləcək və matça saat 14:00-da start veriləcək. Saat 16:00-da “Premier”–“Marafon”, iki saat sonra “Bakı”–“Record” və saat 20:00-də “Yasamal”–“Baku Fire” oyunlarının start fiti səsləndiriləcək.

Turun oyunları Bakı İdman Sarayında təşkil olunacaq.

Yeddi turdan sonra hesabında 21 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. EKOL 18 xalla ikinci, “Neftçi” isə 15 xalla üçüncü pillədə qərarlaşıblar.

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi