Ru
Bakı
USD
EUR
GBP
RUB

Futzal üzrə millimizin oyunlarının başlama vaxtı açıqlanıb

news photo

09.12.2019 15:52 // İdman

Futzal üzrə dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı C qrupunun oyunlarının başlama vaxtı açıqlanıb.

Youthportal.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bütün görüşlər Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

Yanvarın 29-da keçiriləcək Xorvatiya–Azərbaycan oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. Ertəsi gün keçiriləcək Azərbaycan–Rusiya, fevralın 1-də təşkil olunacaq Slovakiya–Azərbaycan oyunları isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi