Ru
Bakı
USD
EUR
GBP
RUB

“Futbola qoşul” onlayn qeydiyyat proqramı ilə bağlı treninqlər keçiriləcək

news photo

14.06.2019 14:24 // İdman

Hər il olduğu kimi, cari mövsümün sonunda növbəti - 2019-2020-ci il mövsümünə hazırlıq məqsədilə klublarla görüşlər keçiriləcək.

Youthportal.az xəbər verir ki, oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatı aparacaq şəxslərlə keçiriləcək görüşlərdə məqsəd onlayn qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qaydalar və sənədlər haqda məlumatın verilməsidir.

2009-cu ilin yanvarında AFFA futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemini yaradıb. 2016-2017-ci il mövsümündən “Futbola qoşul” onlayn qeydiyyat proqramı tətbiq olunub. 2017-2018-ci il mövsümündən etibarən isə “Futbola qoşul” onlayn qeydiyyat proqramı vasitəsilə yarışlara qatılan hər bir klub qeydiyyatdan özü keçir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi