Ru
Bakı
USD
EUR
GBP
RUB

Futbol üzrə Azərbaycan çempionatının beşinci turunun oyunlarına hakim təyinatları açıqlanıb

news photo

18.09.2019 18:00 // İdman

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Youthportal.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura sentyabrın 21-də “Bank Respublika”da keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu ilə start veriləcək. Saat 17:30-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Həmin gün baş tutacaq “Səbail” – “Qəbələ” matçının baş hakimi Əliyar Ağayev olacaq. Saat 19:45-də start götürəcək görüş “ACCO Arena”da oynanılacaq.

Sentyabrın 22-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Keşlə” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 18:30-da başlayacaq.

Tura sentyabrın 23-də oynanılacaq qarşılaşma ilə yekun vurulacaq. “Zirə” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Dörd turdan sonra turnir cədvəlinə 12 xalla “Qarabağ” klubu başçılıq edir. Doqquz xalı olan “Səbail” ikinci, “Zirə” isə 7 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Keşlə” (6 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Qəbələ” (3) və “Sabah” (2) klubları yer alıblar.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi