Ru
Bakı
USD
EUR
GBP
RUB

Füqan Əliyev ağır atletika üzrə Avropa birinciliyində bürünc medal qazanıb (FOTO)

news photo

25.07.2018 11:08 // İdman

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində üçüncü yarış günü başa çatıb.

Youthportal.az-a Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.

Millimizin üzvlərindən 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olmuş Füqan Əliyev, yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 120 kq çəkinin öhdəsindən gəlib və bu hərəkətdə 4-cü yeri tutub.

Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən Əliyev, 151 kq-ı ram edərək bu hərəkətdə Avropa 3-cüsü ola bilib.

Toplam 271 kq (120+151) nəticə göstərən Füqan, yekun sıralamada da Avropa çempionatının bürünc medalını qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi