Ru
Bakı
USD
EUR
GBP
RUB

Fransada daha bir uğurlu nəticə

news photo

29.04.2015 16:30 // İdman

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 28-də keçirilən 190 km-lik 4-cü mərhələsi “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb. Youthportal.az xəbər verir ki, komandamızın üzvü Yannis Tamuridis məsafəni 4 saat, 16 dəqiqə, 25 saniyəyə başa vurub və bununla da finiş xəttini 2-ci keçib. Digər velosipedçilərimizə gəlincə, Dennis van Vinden 9-cu, Maksim Averin isə 12-ci olub. Xatırladaq ki, "Le Tour de Bretagne"ın 2-ci mərhələsi "Synergy Baku"nun digər üzvü Matey Müqerlinin qələbəsilə başa çatmışdı.

4-cü mərhələdəki uğurlu çıxışı Y.Tamuridisə ümumi təsnifatda 8-ci pilləyə yüksəlməyə imkan verib. İndi o liderdən cəmi 23 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" 22 kollektiv arasında 3-cü yerdədir.

Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi