Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1-in Bakı qalibi Valtteri Bottas: Yarış çox gərgin mübarizə şəraitində keçdi

news photo

29.04.2019 20:19 // Formula 1

Baxmayaraq ki, liderlər qrupunda çox hadisələr baş vermədi, yarış çox gərgin mübarizə şəraitində keçdi. Youthportal.az xəbər verir ki, bunu Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisinin qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas yarışdan sonra keçirilən mətbuat konfransında deyib.

V.Bottas qeyd edib ki, yarış boyü səhvə yol verməməyə çalışıb: “Özümə səhv etməyə imkan verə biməzdim, hər şeyi nəzarət altında saxlayırdım”.

V.Bottas Bakıda qələbəsinin onun üçün çox əhəmiyyətli olduğunu deyib: “Birinci yeri tutduğum üçün çox xoşbəxtəm. Damalı bayrağı gördüyüm və birinci yeri tutduğum üçün çox bəxtəvərəm”.

İkinci yerin qalibi Lyuis Hemilton komanda yoldaşını təbrik edib: “Həqiqətən də yaxşı sürdü və səhvə yol vermədi. Baxmayaraq ki, mübarizə gərgin keçdi heç bir səhv olmadı. Bu, komandamın mövsümə ən yaxşı başlanğıcıdır. Bu komandada təmsil olunduğum üçün çox şadam”.

Üçüncü yerin qalibi, “Ferrari” komandasının üzvü Sebastian Fettel də mübarizənin olduqca gərgin keçdiyini diqqətə çatdırıb. S.Fettel qaliblər kürsüsündə olmağından şad olduğunu bildirib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi