Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1 Yaponiya Qran-Prisinə səhvən 52-ci dövrəyə əsasən yekun vurulub

news photo

14.10.2019 17:21 // Formula 1

Formula 1 Yaponiya Qran-Prisinə səhvən 53-cü dövrəyə əsasən deyil, 52-ci dövrəyə əsasən yekun vurulub, halbuki pilotlar həmin dövrəni, demək olar, dəf edə biliblər.

Youthportal.az xəbər verir ki, buna yürüşün başa çatması haqqında xəbərdarlıq siqnalının Valtteri Bottasın final dövrəsini başa çatdırmağa macal tapmamış səslənməsi səbəb olub. Bununla əlaqədar olaraq, yekun təsnifat 52-ci dövrəyə əsasən verilib.

Bu səhv final dövrəsində qəzaya uğramış Serxio Peresin doqquzuncu yeri saxlamasına və iki xal toplamasına imkan verib. Niko Hyulkenberq onuncu mövqeyə düşüb, Lens Stroll xal zonasından çıxıb. Daniil Kvyat protokolda 11-ci deyil, 12-ci mövqedə qərarlaşıb.

 

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi