Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1: “Williams” komandasının pilotu Sergey Sirotkin üçüncü sərbəst yürüşdə qəza törədib

news photo

28.04.2018 15:33 // Formula 1

Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə qəza baş verib.

Youthportal xəbər verir ki, “Williams” komandasının pilotu Sergey Sirotkin dönmə hərəkətini düzgün yerinə yetirə bilməyib. O, idarəetməni itirərək bolidini baryerə çırpıb. Nəticədə maşın sıradan çıxıb. Marşallar dərhal müdaxilə edərək pilotu təxliyə ediblər. Bolid xüsusi texnika ilə trekdən kənarlaşdırılıb.

S.Sirotkin sərbəst yürüşü dayandırmağa məcbur olub. Onun bolidinin sıralanma turuna qədər yenidən təmir olub-olunmayacağı maraq doğurur.

Qeyd edək ki, sıralanma turu bu gün saat 17:00-da başlayacaq.

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi