Ru
Bakı
USD
EUR
GBP
RUB

“Formula 1” üzrə Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlanıb

news photo

16.01.2019 11:37 // Formula 1

“Formula 1” üzrə 2019-cu il dünya çempionatında sessiyaların vaxtı açıqlanıb.

Təşkilatçı qurumdan Youthportal.az-a verilən məlumata görə, ötən illə müqayisədə Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertəsi - şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 - 18:00 aralığında isə sıralama turu keçiriləcək.

Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi