Ru
Bakı
USD
EUR
GBP
RUB

“Formula 1” üzrə Azərbaycan Qran Prisi mövsümün ikinci ən yaxşı yarışı seçilib

news photo

15.12.2018 18:46 // Formula 1

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib.

Youthportal.az xəbər verir ki, “Formula 1”in rəsmi saytı vasitəsilə aparılan və 16mindən çox azarkeşin iştirak etdiyi sorğuda Bakı Şəhər Halqasının təşkil etdiyi mərhələ səslərin 13 faizini toplayıb. Birinci yeri isə 30 faiz səslə ABŞ Qran Prisi tutub.

Böyük Britaniya Qran Prisi üçüncü (9 faiz), Almaniya Qran Prisi dördüncü (8 faiz), Avstriya Qran Prisi (6 faiz) isə beşinci yeri tutub.

2018-ci il Azərbaycan Qran Prisində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton birinci finiş edib. Britaniyalı sürücü yekunda mövsümün də qalibi olub.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi