Ru
Bakı
USD
EUR
GBP
RUB

“Formula 1” üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşib

news photo

26.11.2018 09:48 // Formula 1

“Formula 1”üzrə Abu-Dabi Qran Prisinin qalibi müəyyənləşib.

Youthportal.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında baş tutan sonuncu – 21-ci mərhələdə Almaniyanın “Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemiltonrəqiblərini qabaqlayıb. O, 1:39:40.382 göstərici ilə birinci finiş edib.

İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel ikinci (+2.581), Avstriyanın “Red Bull” komandasından hollandiyalı Maks Ferstappen (+12.706) üçüncü yeri tutub.

Abu-Dabi Qran Prisi formal xarakter daşıyırdı. Çünki L.Hemilton çempionluğu erkən təmin edib. Onun komandası isə Konstruktorlar Kubokunda qalibiyyəti rəsmiləşdirib.

Apreldə Azərbaycan Qran Prisinin də qalibi olan L.Hemilton yarışı 408 xalla 1-ci pillədə başa vurub. S.Fettel 320 xalla ikinci, onun finlandiyalı komanda yoldaşı Kimi Raykonnenisə 251 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və 15-17 martda olacaq. Təqvimdə dördüncü sırada olan Azərbaycan Qran Prisi isə 26-28 apreldə olacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi