Ru
Bakı
USD
EUR
GBP
RUB

“Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb

news photo

29.01.2019 11:46 // Formula 1

“Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb.

Youthportal.az “YouTube”da yer alan “F1 WeekEnd” kanalına istinadən xəbər verir ki, Almaniyanın “Mercedes” komandasını təmsil edən Lüis Hemilton ən ödənişli pilot ünvanını qoruyub. Britaniyalının illik maaşı 57 milyon dollar təşkil edəcək. 

İkinci sırada İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel qərarlaşıb. Almaniyalı idmançının qazancı 45 milyon dollar olacaq. “Üçlüy”ü Fransanın “Renault” komandasının pilotu Daniel Rikkardo qapayır. Avstraliyalı sürücü 17 milyon dollar məvacib alacaq.

“Formula 1” pilotlarının mövsümlük maaşları (dollar)

1. Lüis Hemilton (“Mercedes”) – 57 milyon

2. Sebastyan Fettel (“Ferrari”) – 45 milyon

3. Daniel Rikkardo (“Renault”) – 17 milyon

4. Maks Ferstappen (“Red Bull”) – 13,5 milyon

5. Valtteri Bottas (“Mercedes”) – 8,5 milyon

6. Kimi Raykkonen (“Sauber”) – 4,5 milyon

7. Niko Hülkenberq (“Renault”) – 4,5 milyon

8. Karlos Sayns (“McLaren”) – 4 milyon

9. Şarl Lekler (“Ferrari”) – 3,5 milyon

10. Serxio Peres (“Racing Point”) – 3,5 milyon

11. Roman Qrojan (“Haas”) – 1,8 milyon

12. Pyer Qasli (“Red Bull”) – 1,4 milyon

13. Lens Stroll (“Racing Point”) – 1,2 milyon

14. Kevin Maqnussen (“Haas”) – 1,2 milyon

15. Robert Kubitsa (“Williams”) – 570 min

16. Daniil Kvyat (“Toro Rosso”) – 300 min

17. Lando Norris (“McLaren”) – 260 min

18. Antonio Covinatsi (“Sauber”) – 230 min

19. Corc Rassell (“Williams”) – 180 min

20. Aleksandr Albon (“Toro Rosso”) – 170 min

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26-28 apreli əhatə edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi