Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb

news photo

26.04.2019 19:26 // Formula 1

Aprelin 26-da Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə – SOCAR Azərbaycan Qran-Prisinə start verilib.

Yarışın birinci günündə pilotlar 6 kilometr uzunluğundakı Bakı şəhər halqasında sərbəst yürüşdə güclərini sınayıblar.Birinci sərbəst yürüş “Williams” komandasının pilotu Corc Rassellin bolidinin drenaj lükünə ilişərək sıradan çıxması ilə əlaqədar ləğv edilib. İkinci sərbəst yürüşdə isə “Ferrari” komandasının pilotları fərqləniblər. Belə ki, Çarls Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. 

İlk üçlüyü beşqat dünya çempionu Luis Hamilton (“Mercedes”) tamamlayıb. İkinci sərbəst yürüşdə isə “Racing Point”dən Lens Stroll, “Toro Rosso”dan isə Daniil Kvyat qəza səbəbindən mübarizəni dayandırıblar. Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan Formula 2 yarışlarında sərbəst yürüş və sıralanma turu keçirilib. 

Qırx beş dəqiqə davam edən sərbəst yürüş nəticəsində “UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. “Carlin” komandasından Nobuhari Matsuşita sərbəst yürüşü ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.“Carlin” komandasının pilotu N.Matsuşita Formula 2 yarışında sıralama turunun qalibi olub. “ART Grand Prix” komandasının sürücüsü Nik de Vries ikinci, “UNI-Virtuosi”nin pilotu L.Qiotti isə üçüncü yeri tutublar.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi