Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırılır

news photo

06.02.2019 12:09 // Formula 1

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 26-28-də keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlərin quraşdırılması işini davam etdirir.

BŞH-dən Youthportal.az-a bildiriblər ki, indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur. Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə parklanma yerlərindən istifadə etsinlər.

Əməliyyat Şirkəti hamını yeni mövsümdə “İlin ən yaxşı yarışı” adına layiq yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi