Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyası prosesinin müddəti uzadılıb

news photo

01.03.2019 09:42 // Formula 1

Bu il aprelin 26-28-də dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu uzadılıb.

Youthportal.az xəbər verir ki, proses martın 5-i saat 17:00-dək davam edəcək.

Sənəd qəbulunun uzadılmasına səbəb yeni müqavilədən sonra yerli jurnalistlər tərəfindən builki yarışa böyük diqqətin göstərilməsi olub.

Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə 2019-cu il Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

 

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi