Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb

news photo

23.08.2019 13:13 // Formula 1

Formula 1-in mətbuat xidməti 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb.

Youthportal.az xəbər verir ki, yeni bolidin “Zauber” aerodinamik borusunda ilk sınaqları cari ilin iyul ayında, Almaniya Qran-Prisindən əvvəl təşkil olunub. Testləşdirmələr tam məxfi şəraitdə keçirilib.

Hələ yanvar ayında keçirilən ilk sınaqlarda bolidin 60 faizi 2018-ci ilin maşınının hissələrindən ibarət idi. İkinci testlər mart ayında yerinə yetirilib.

2021-ci ilin bolidinin işlənib hazırlanmasında ötmə əməliyyatı üçün şəraitin yaradılmasına xüsusi diqqət ayrılıb. Bununla bağlı ideya müəllifləri bolidlərin bir-birinin ardınca getməsinə şərait yaratmaqdan ötrü avtomobildən sonra qalan “çirkli” aerodinamik axının aşağı salınmasına çalışırlar.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi