Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ford” şirkəti Avropadakı müəssisələrini bağlayacağını istisna etmir

news photo

11.01.2019 10:37 // Dünyada

“Ford Motors Co” avtomobil şirkəti Avropadakı fəaliyyətini yenidən qurduğu üçün həmin regiondakı müəssisələrində minlərlə iş yerini ixtisar etməyi nəzərdə tutur.

Youthportal.az “İnterfax”a istinadən xəbər verir ki, işdən çıxacaq əməkdaşların konkret sayını açıqlamayan şirkətin Avropa işləri üzrə müdiri Stiven Armsronq müəssisələrin bağlanmasınadək hər cür ehtimalları nəzərdən keçirdiklərini bildirib.

”Ford” Avropadakı əməkdaşlarının könüllü istefaya getməsi ilə işçi qüvvəyə çəkilən xərcləri mümkün qədər azaltmaq niyyətindədir”, - şirkətin məlumatında deyilir.

“Ford” şirkətinin Avropada, xüsusən də Almaniya, Böyük Britaniya və İspaniyada 54minədək işçisi olduğu bildirilir.

Bununla yanaşı, şirkət minivan istehsalını və Bordodakı avtomatik transmissiya istehsalını dayandırmağı, Rusiyada çalışmalarının islahatını başa çatdırmağı, Böyük Britaniya bölməsinin və “Ford Credit” maliyyə qurumunun ofislərini birləşdirməyi də nəzərdə tutur.

2018-ci ilin üçüncü rübündə Avropada 245 milyon ABŞ dolları həcmində zərərlə üzləşən “Ford” indi bu regionda 6 faizlik əməliyyat gəliri səviyyəsinə çatmağı hədəfləyir.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi