Ru
Bakı
USD
EUR
GBP
RUB

“Forbes” jurnalı: İspaniyalı tibb işçiləri dünyada ən yaxşı mütəxəssislərdir

news photo

14.12.2018 15:13 // Dünyada

“Forbes” jurnalı 2018-ci ilə yekun vuraraq, ənənəvi olaraq, maddi vəziyyət, populyarlıq və ya peşəkarlıq nailiyyətləri barədə reytinqlər dərc edir.

Youthportal.az xəbər verir ki, qarşıdan gələn 2019-cu ilin astanasında jurnal İspaniyanın 100 ən yaxşı tibb işçisinin siyahısını hazırlayıb. Bu reytinq iştirakçılarının 90 faizinin Barselona və Madridin tibb mərkəzlərinin həkimləri və yalnız 16 faizinin qadınlar olması faktı dərhal diqqəti çəkir.

Barselona və Madrid tibbi xidmətin keyfiyyətinə görə liderdirlər. Çünki məhz orada ölkənin ən müasir və innovasiyalı hospitalları yerləşir. “Hospital La Paz”, “Hospital La Luz”, “Hospital Gregorio Marañón”, “Hospital Fundación Jiménez Díaz” və “Hospital Ramón y Cajal” bu il yenə də ən yaxşılar sırasındadır.

Nəşrdə qeyd edilir ki, ispaniyalı tibb işçiləri dünyada ən yaxşı mütəxəssislərdir. Bu ölkə özünün çox yaxşı inkişaf etmiş səhiyyə sistemi ilə fəxr edə bilər.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi