Ru
Bakı
USD
EUR
GBP
RUB

"Forbes" bu il üçün dünyanın ən nüfuzlu qadınlarının adlarını açıqlayıb

news photo

05.12.2018 11:31 // Dünyada

Almaniya Kansleri Angela Merkel "Forbes" jurnalı tərəfindən tərtib edilən dünyanın ən nüfuzlu qadınları reytinqində birinci yeri tutub.

Youthportal.az-a TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalın elektron versiyasında məlumat verilib.

Reytinqdə, ümumilikdə, 100 ad var.

A.Merkel ardıcıl səkkizinci dəfə reytinqin ilk pilləsində qərarlaşıb. Ümumilikdə, Almaniya kansleri bu ada 13 dəfə layiq görülüb.

İkinci yerdə Böyük Britaniyanın Baş naziri Tereza Mey, üçüncü sırada isə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard qərarlaşıb.

İlk beşlikdə həmçinin "General Motors" avtomobil korporasiyasının prezidenti Meri Barra və ABŞ-ın "Fidelity Investments" maliyyə korporasiyasının rəhbəri Abiqeyl Conson yer alıb.

Amerikalı müğənni Beyonse "Forbes"un reytinqində 50-ci sıranı tutub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi