Ru
Bakı
USD
EUR
GBP
RUB

“Folklor və İslam: nəzəri-epik kontekst” kitabı çapdan çıxıb

news photo

13.01.2020 10:15 // İdman

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “Folklor və İslam: nəzəri-epik kontekst” kitabı nəşr olunub.

İnstitutdan Youthportal.az-a bildirilib ki, nəşrdə folklorşünaslıq elminin daim aktual tədqiqat istiqamətlərindən biri olan “folklor və din” probleminin nəzəri əsasları (mif-din-folklor münasibətlərinin semantikası) araşdırılıb. Həmçinin “Oğuznamə” eposunda İslam dini ilə bağlı transformativ proseslər, doktrinal dəyişmələr və epoxal keçidlərin poesematikası, o cümlədən Azərbaycan epik janrlar sistemində islami ideyanın motivlənmə səviyyələri tədqiq olunub.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı və ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovdur.

Monoqrafiya mütəxəssislər üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi