Ru
Bakı
USD
EUR
GBP
RUB

Fiziologiya İnstitutunun əməkdaşı M.V.Lomonosov adına medala layiq görülüb

news photo

04.01.2019 16:00 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ekotoksikologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqori Palatnikov ətraf mühitin problemlərinin və təhlükəsizlik məsələlərinin həlli yollarının və vasitələrinin inkişafına verdiyi töhfələrə görə M.V.Lomonosov adına medala layiq görülüb.

İnstitutdan Youthprtal.az-a bildirilib ki, bu barədə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası Rəyasət Heyətinin BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə keçirdiyi iclasda qərar qəbul olunub.

Qeyd edək ki, Qriqori Palatnikov 40 ildən çoxdur Fiziologiya İnstitutunda çalışır. Alimin elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin müxtəlif çirklənmələrinin, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir. O, 2018-ci ildən Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının üzvüdür.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi