Ru
Bakı
USD
EUR
GBP
RUB

Fiziki qüsurluların Dünya Oyunları keçiriləcək

news photo

30.11.2017 19:00 // İdman

Portuqaliyanın Vila Real De San Antonio şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları keçiriləcək. Noyabrın 30-da başlanacaq oyunlarda oxatma, yüngül atletika, üzgüçülük, stolüstü tennis və para-taekvondo idman növü yer alıb. Dekabrın 6-da başa çatacaq Oyunlarda ölkəmizı para-taekvondo milli yığma komandasının 12 üzvü təmsil edəcək. Baş məqşçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbəliyi ilə bu gün Portuqaliyaya yollanan millinin idmançılarından Şəhmir İbadov (-62 kq, K41), Elimxan Manafov (-61 kq, K42), Nicat Müslümov (-75 kq, K42), Sadiq Həmidov (-61 kq, K43), Xəzər Mirzəyev (-75 kq, K43), Rövşən Qəhramanlı (-61 kq, K44), Əbülfəz Abuzərli (-75 kq, K44), İmaməddin Xəlilov (-75 kq, K44), Vüqar Adışirinov (+75 kq, K44), Hüseyn Həsənov (-75 kq, K44), Aynur Məmmədova (+58 kq, K44), Röyalə Fətəliyeva (-58 kq, K44) yarışlarda mübarizə aparacaq.

<br />

Xatırladaq ki, 2015-ci ildə Rusiyanın Soçi şəhərində təşkil edilən Oyunlarda para-taekvondo milli yığma komandamız uğurlu çıxış edərək 4 qızıl və 1 bürünc medala sahib olmuşdur. Komandamızın üzvlərindən -75 kq çəki dərəcəsində mübarizə aparan Nicat Müslümov, Namiq Abbasov (-61 kq, K42), Rövşən Qəhrəmanlı (-61 kq, K44) və Aynur Məmmədova (+58 kq, K 42) yarışın qalibi olaraq qızıl medal qazanmışlar. Aleksandr Polişuk (+75 kq, K42) isə yarımfinalda məğlub olaraq bürünc medala layiq görülmüşdür.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi