Ru
Bakı
USD
EUR
GBP
RUB

Fiziki qüsurlu yeniyetmə şahmatçılar arasında üçüncü dünya çempionatı ABŞ-da keçiriləcək

news photo

25.01.2019 14:46 // İdman

Beynəlxalq Şahmat Federasiyası (FIDE) fiziki qüsurlu yeniyetmə şahmatçılar arasında üçüncü dünya çempionatının tarixini və keçiriləcəyi məkanı açıqlayıb.

Youthportal.az AZƏRTAC- a  istinadla xəbər verir ki, fiziki qüsurlu yeniyetmə şahmatçılar arasında builki yarış ABŞ-ın Çerri Hill şəhərində iyulun 9-dan 15-dək keçiriləcək. İndiyədək iki dəfə təşkil olunan dünya çempionatları çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Təşkilatçılar növbəti yarışlarda da hər bir idmançının öz potensialını üzə çıxarması və təcrübələrini daha da artırması üçün ciddi səy göstərirlər.

Dünya çempionatı çərçivəsində FIDE-nin əlil idmançılarla iş üzrə komissiyasının sədri Tomas Lüster tərəfindən yeniyetmə şahmatçılar üçün seminarın keçirilməsi planlaşdırılıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 25 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi