Ru
Bakı
USD
EUR
GBP
RUB

Fiziki məhdudiyyəti olan şəxslərin X yaradıcılıq sərgisi keçiriləcək

news photo

21.08.2018 11:21 // Cəmiyyət

Fiziki məhdudiyyəti olan şəxslərin X ümumrespublika yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün noyabr ayında fiziki məhdudiyyəti olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi təşkil olunacaq.

Tədbir “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçiriləcək. Sərgi-müsabiqədə ölkənin bütün bölgələri üzrə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işləri (hörmə, rəsm, toxuma, xalça və dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, bədii tikmələr, müxtəlif maketlər və s.) nümayiş etdiriləcək.

Sərgi-müsabiqə müvafiq nominasiyalar üzrə bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçıların 3 dekabr - Beynəlxalq Əlillər Günü ərəfəsində mükafatlandırılması ilə yekunlaşacaq. 

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi