Ru
Bakı
USD
EUR
GBP
RUB

Fizika İnstitutunun əməkdaşları “Web of Science” elmi bazasından istifadə qaydaları barədə məlumatlandırılıb

news photo

01.10.2019 17:10 // Gənclər üçün

“Clarivate analytics” agentliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun əməkdaşları üçün seminar keçirilib.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, seminarda agentliyin elmi informasiya resursları üzrə eksperti İneş Kenjinanın məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, 2016-cı ilin oktyabr ayında AMEA ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Clarivate analytics” agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq nəticəsində hazırda AMEA-nın institut və təşkilatları agentliyin “Web of Science” elmi bazasından istifadə imkanı əldə edib.

İ.Kenjina bildirib ki, seminardan məqsəd bu elmi bazadan istifadə qaydaları, bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları və s. haqqında məlumat verməkdən ibarətdir.

Sonra müzakirələr aparılıb və suallar cavablandırılıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi