Ru
Bakı
USD
EUR
GBP
RUB

Firudin Qurbanov Koreya səfiri Kim Tonq-opla görüşüb (FOTO)

news photo

07.02.2019 14:29 // Təhsil

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb.

Universitetdən Youthportal.az-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud əlaqələrinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib.

Son illər ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi və keyfiyyətinin yüksəlməsi, idarəetmə sisteminin yenidən qurulması istiqamətində görülən işləri qeyd edən F.Qurbanov Azərbaycan Təhsil Nazirliyi və Koreya Respublikası Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumundan sonra bir çox layihələrin həyata keçirildiyini, orta və ali təhsildə müvafiq işlər görüldüyünü, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40-dək tələbənin Koreyanın müxtəlif universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.

F.Qurbanov Bakı Dövlət Universitetinin respublikamızın aparıcı ali təhsil müəssisəsi olduğunu qeyd edərək elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib.

F.Qurbanov Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edərək yubiley tədbirlərinin YUNESKO, İSESKO, o cümlədən bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu da diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində 12 ildir fəaliyyət göstərən Koreyaşünaslıq ixtisası üzrə 64 nəfərin məzun olduğunu qeyd edən F.Qurbanov tədrisin yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən də aparıldığını, tələbələrin artıq 6-cı ildir ki, universitetdə keçirilən Bakı Koreya dili Natiqlik müsabiqəsində aktiv iştirak etdiklərini vurğulayıb. BDU ilə Koreyanın ali təhsil müəssisələri arasında anlaşma memorandumlarının olduğunu deyən F.Qurbanov əlaqələri daha da inkişaf etdirərək, ikili diplom və digər layihələrdə birgə iştirakın vacibliyini qeyd edib.

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op Bakı Dövlət Universitetində olmasından və xoş qarşılanmasından məmnunluğunu ifadə edib.

Ölkələrimiz və ali təhsil müəssisələrimiz arasında ikitərəfli əlaqələri yuksək qiymətləndirən səfir ikili diplom, Koreyaşünaslıq ixtisasında təhsil alan tələbələrin dərsliklər və təqaüdlə təmini, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə olaraq BDU-nun nəzdində açılan Kral Seconq İnstitutunun fəaliyyəti kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, BDU ilə Koreya universitetləri arasında əlaqələrinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi