Ru
Bakı
USD
EUR
GBP
RUB

“Financial Times”: İvanka Tramp Dünya Bankının prezidentliyinə namizəd ola bilər

news photo

13.01.2019 11:28 // Dünyada

Dünya Bankının prezidenti Cim Yonq Kim vəzifədən gedəcəyini açıqladıqdan sonra bu posta namizədlər arasında ABŞ Prezidentinin qızı İvanka Trampın və Birləşmiş Ştatların BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Haleyin olduğu iddia edilir.

Youthportal.az xəbər verir ki, “Financial Times” qəzetinin xəbərinə görə, Dünya Bankının prezidenti vəzifəsinə namizədlər arasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Mark Green ve bu ölkənin Xəzinədarlığının beynəlxalq əlaqələr üzrə məsləhətçisi David Malpass da var.

Qeyd edək ki, Dünya Bankının prezidentini qurumun yarandığı gündən bəri bankın ən böyük səhmdarı olan ABŞ seçir.

Vəzifəsini fevralın 1-də tərk edəcəyini açıqlayan Cim Yonq Kim 2012-ci və 2017-ci illərdə Dünya Bankının prezidenti seçilib.

Digər xəbərlər

Xəbər lenti

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi