Ru
Bakı
USD
EUR
GBP
RUB

Filarmoniyada Frankofoniya Həftələrinin bağlanışı qeyd edilib

news photo

22.04.2019 09:43 // Cəmiyyət

Aprelin 21-də ölkəmizdə Frankofoniya Həftələrinin bağlanışı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin və “Institut Français” institutunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə klassik musiqi axşamı keçirilib.

Youthportal.az xəbər verir ki, Fransanın ölkəmizdəki səfiri xanım Aureliya Buşez Frankofoniya Həftələrini Azərbaycan ictimaiyyətinin fransızdilli ölkələrin mədəniyyəti ilə tanış olmasında böyük rol oynayan mühüm hadisə kimi dəyərlədirib.

Səfir bu tədbirin yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə göstərilən köməyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

A.Buşez diqqətə çatdırdı ki, bu gün məşhur fransız dirijoru Natali Moranın rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Niyazisi adına Simfonik Orkestrinin ifasında görkəmli alman bəstəkarı Robert Şumanın əsərləri səslənəcək. Səfir əlavə etdi ki, Natali Moranı istedadlı Azərbaycan pianoçuları Yeganə Axundova və Səid Tağızadə müşayiət edəcəklər.

Tədbir konsert proqramı ilə davam edib.

Xatırladaq ki, Bakıda Frankofoniya Həftələri martın 30-dan aprelin 15-dək Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin, həmçinin Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Frankofoniya Həftələri çərçivəsində filmlər nümayiş olunub, musiqi axşamları, sərgilər, müsabiqələr və başqa tədbirlər təşkil edilib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi