Ru
Bakı
USD
EUR
GBP
RUB

Filarmoniyada ənənəvi “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib

news photo

04.02.2020 10:05 // Cəmiyyət

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Günü münasibətilə təşkil olunan ənənəvi “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib.

Filarmoniyanın foyesində Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işlərindən ibarət sərgi təşkil olunub. Mədəniyyət naziri Əbülfəs Qarayev və qonaqlar gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri ilə tanış olublar.

Festivalın açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev hər il ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb. Bildirdib ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika gənclərinin birinci Forumunun çağırılması, həmin Forumda istedadlı, açıqfikirli və yeni ideyalı gənclərin qarşısında yeni üfüqlər açdı. Ümummilli Lider tərəfindən 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi dahi rəhbərin gənclərimizə sevgi və diqqətinin bariz nümunəsi idi. Heydər Əliyev Azərbaycanın demokratik gənclər hərəkatının formalaşdırılmasına böyük diqqət yetirirdi: “Ötən müddətdə hər il Gənclər Günü ölkəmizdə rəngarəng tədbirlərlə qeyd edilir, sərgilər, müsabiqələr təşkil olunur. Amma bu o demək deyil ki, biz yalnız həmin gün gənclərin fəaliyyətinə diqqət edirik. Biz bu gün sadəcə ötən ilə nəzər salıb, görülmüş işləri dəyərləndirir, yeni ideyaların meydana gəlməsinə şərait yaradırıq”.

Daha sonra 2019-cu ildə uğurlu fəaliyyətinə görə seçilən bir qrup istedadlı gənc Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi