Ru
Bakı
USD
EUR
GBP
RUB

Filarmoniyada bəstəkar Hacı Xanməmmədovun xatirəsi yad olunacaq

news photo

02.11.2018 17:45 // Cəmiyyət

Noyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında unudulmaz bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Youthportal.az xəbər verir ki, Filarmoniya və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə reallaşacaq tədbirdə sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətərindən danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Gecədə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək. Respublikanın tanınmış və gənc ifaçılarının iştirak edəcəyi konsertdə bəstəkarın dillər əzbəri olan mahnıları səslənəcək.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi