Ru
Bakı
USD
EUR
GBP
RUB

FIDE “World Team Chess Championship 2019”a ev sahibliyi üçün tender elan edib

news photo

08.01.2019 14:29 // İdman

Beynəlxalq Şahmat Federasiyası (FIDE) cari il martın 3-dən 14-dək kişi və qadın komandaları arasında dünya çempionatlarını (World Team Chess Championship-2019) keçirmək üçün açıq tender elan edib.

Youthportal.az Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına (chess.az) istinadla xəbər verir ki, çempionata ev sahibliyi etmək istəyən ölkələr yanvarın 24-dək FIDE-yə rəsmi müraciət etməlidirlər. Eyni zamanda, bir ölkə yalnız çempionatlardan birini keçirə bilər. Kişilər arasında yarışın tarixi dəyişməz olaraq qalsa da, qadınların turnirinin keçirilmə vaxtı tenderdə qalib gələn təşkilatçı ölkə ilə razılaşdırıldıqdan sonra məlum olacaq. İndiyədək kişilər arasında 11, qadınlar arasında isə 6 dəfə keçirilən dünya çempionatlarına dörd dəfə İsveçrə, hər biri üç dəfə olmaqla Rusiya, Çin və Türkiyə, iki dəfə Ermənistan, İsrail və Qazaxıstan isə hərəyə bir dəfə ev sahibliyi edib.

Son illər Azərbaycanın mötəbər idman yarışlarına, həmçinin 42-ci Ümumdünya Şahmat Olimpiadasına və şahmat üzrə dünya kuboku yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsi belə mötəbər yarışı da qəbul etməyə imkan verir. FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin ötən ilin sonunda Bakıya səfəri zamanı Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın perspektivləri, ölkəmizin şahmatın inkişafında fəal iştirakı müzakirə olunub.

Azərbaycan Şahmat Federasiyasının rəsmisi Fikrət Südeyifzadə hazırda bu məsələnin gündəmdə olmadığını bildirib: “Hər iki yığma komandamız dünya çempionatında iştirak edəcək. Amma builki dünya çempionatına ev sahibliyi etmək məsələsi gündəmdə deyil”.

Yanvarın 24-də sənəd qəbulu başa çatdıqdan sonra dünya

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi