Ru
Bakı
USD
EUR
GBP
RUB

FHN Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq

news photo

18.07.2019 11:00 // Cəmiyyət

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi iyulun 20-dən 28-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Nazirlikdən Youthportal.az-a verilən məlumata görə, oyunların keçiriləcəyi idman obyektlərində və ətrafında, qonaqların yerləşəcəyi otellərdə, habelə insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının çevik alınması, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti qüvvə və vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı müvafiq əmr imzalayıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi