Ru
Bakı
USD
EUR
GBP
RUB

Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub (FOTO)

news photo

09.09.2019 12:15 // Cəmiyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub.

Baş İdarədən Youthportal.az-a bildirilib ki, Bakı sakinləri və şəhərimizin qonaqları Kəmalə Səfərəliyevanın ifasında “Şam” rəqsini izləyiblər. Sonra meydan “Səma” rəqs qrupunun üzvlərinə verilib.

Azərbaycanı beynəlxalq festivallarda layiqincə təmsil edən kollektiv tamaşaçılara “Sarı gəlin” kompozisiyasını, “Özbək”, “Qaytağı”, “Hind”, “Çobanlar”, “Tatar” və “Ərəb” rəqslərini təqdim ediblər. Konsertin əsas nömrəsi isə gənc rəqqasların ifa etdikləri “Azərbaycan süitası” rəqsi olub.

Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi