Ru
Bakı
USD
EUR
GBP
RUB

Fernando Alonso ilin sonunda Formula 1 idmanında karyerasını başa vuracaq

news photo

15.08.2018 17:00 // Formula 1

Formula 1 üzrə ikiqat dünya çempionu, ispaniyalı pilot Fernando Alonso karyerasını başa vurmağa hazırlaşır. “McLaren” komandasının sürücüsü cari çempionat başa çatdıqdan sonra Formula 1 idmanı ilə vidalaşacaq.

Youthportal.az Anadolu agentliyinə istinadla xəbər verir ki, 37 yaşındakı pilot “McLaren”in internet səhifəsində yer alan açıqlamada qeyd edib: “Bu qeyri-adi idman növü üzrə keçirdiyim 17 gözəl ildən sonra həyatımda dəyişiklik etməyin və yoluma yeni macəra ilə davam etməyin vaxtı çatıb”.

Formula 1 karyerasında birlikdə çalışdığı şəxslərə təşəkkürlərini bildirən pilot deyib: “Bir neçə ay əvvəl mövsümün sonunda karyeramı başa vurmağı qərara aldım. Ona görə də builki çempionatda həmişə olduğundan daha çox əzmlə mübarizə aparacağam. Sonda hansı nəticəyə nail olacağımı görəcəyik. Hazırda həyatımın ən xoş anlarını yaşamağıma baxmayaraq, özümdə yeni macəralara başlamaq ehtiyacı hiss edirəm”.

F.Alonso karyerasına 2001-ci ildə “Minardi” komandasının heyətində “Avstraliya Qran-Prisi ilə başlayıb. O, 17 il ərzində iki dəfə - 2005-ci və 2006-cı illərdə “Renault” komandası ilə çempion adını qazanıb.

Fernando Alonsonun Azərbaycanda keçirilən Qran-prilərdəki çıxışı uğurlu olmayıb. 2016-cı ildə Formula Avropa Qran-Prisində qəza səbəbindən finiş xəttinə çata bilməyən ispaniyalı pilot 2017-ci ildə 9-cu, builki yarışda isə 7-ci yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbər lenti

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi