Ru
Bakı
USD
EUR
GBP
RUB

Faktiki hava şəraiti açıqlandı

news photo

09.12.2019 11:48 // Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Departamentdən Youthportal.az-a bildirilib ki, dekabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Zabratda 20 mm (aylıq normanın 68 faizi), Sumqayıtda 16 mm (aylıq normanın 60 faizi), Maştağada 14 mm (aylıq normanın 41 faizi), Bakıda 13 mm (aylıq normanın 44 faizi), Binədə 11 mm (aylıq normanın 38 faizi), Neft Daşlarında 14 mm (aylıq normanın 66 faizi), Çilov adasında 3 mm, Pirallahıda 2 mm, Naxçıvan MR-da 3-12 mm, Lənkəran-Astara zonasında 2-6 mm, Mərkəzi Aran rayonlarında və Balakən-Şəki bölgəsində 1-8 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 9, Daşkəsəndə 6, Qırızda 4, Gədəbəy, Şahdağda 2, Sarıbaş, Göygöldə 1 sm təşkil edib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi