Ru
Bakı
USD
EUR
GBP
RUB

"Facebook" yeni funksiyanı sınaqdan keçirir

news photo

27.09.2019 09:49 // High-tech

Facebook sosial şəbəkəsi Avstraliyada nəşrlərdəki bəyənmələrin sayını və videoya baxışı gizlədən bir funksiyanı sınaqdan keçirməyə başlayıb.

Youthportal.az xəbər verir ki, hazırda bu rejimin digər ölkələrdə sınaqdan keçiriləcəyi barədə qərar verilməyib. "Bu dəyişikliklərin istifadəni yaxşılaşdıracağını araşdırmaq üçün rəylər toplayacağıq" deyə "Facebook" sözçüsü Cimmi Raymo bildirib.

Bənzər bir funksiya artıq Kanada və Braziliya da daxil olmaqla 7 ölkədə Instagram-da sınaqdan keçirilməyə başlayıb. Bəyənmələrin ümumi sayının əvəzinə istifadəçilərə yazını bəyənən bir neçə qarşılıqlı dostun adları göstərilir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi