Ru
Bakı
USD
EUR
GBP
RUB

"Facebook" sosial şəbəkəsinin 267 mln istifadəçisinin şəxsi məlumatları oğurlanıb

news photo

20.12.2019 15:15 // High-tech

"Facebook" sosial şəbəkəsinin 267,140 mln istifadəçisinin şəxsi məlumatları 2 həftə müddətində internetdə təhlükəsizlik divarı olmayan mühitdə yayımlanıb.

Youthportal.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik şirkəti "Comparitech" məlumat verib.

Kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, şəxsi məlumatlar saxlandığı informasiya bazasının izinə Viyetnamda rast gəlinib. Ancaq istifadəçi məlumatlarının "Facebook"un məlumat bazasından necə kopyalandığını müəyyənləşdirə bilmədiklərini bildiriblər.

Xatırladaq ki, "Kembric Analitika Şirkəti" 2018-ci ildə "Facebook"un 400 milyondan çox istifadəçisinin məlumatlarını icazəsiz istifadə etməsi böyük narazılıq yaratmışdı.

Digər xəbərlər

Xəbər lenti

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi