Ru
Bakı
USD
EUR
GBP
RUB

“Facebook” şirkəti loqotipini dəyişdirib

news photo

05.11.2019 15:37 // High-tech

“Facebook” şirkəti loqotipini eyni adlı digər sosial şəbəkə xidmətlərindən fərqləndirmək üçün dəyişdirib.

Youthportal.az xəbər verir ki, şirkətin bu barədə açıqlamasında hazırladıqları məhsullar barədəki məlumat yaymağı təkmilləşdirmək məqsədi ilə şirkətin brandını yenilədikləri qeyd olunur.

“Facebook” şirkətinin başlıca xidmətləri sırasında “Facebook” əlavəsi ilə yanaşı, “Messenger”, “İnstagram”, “WhatsApp”, “Oculus”, “Workplace”, “Portal”, “Calibra” əlavələri sadalanır. 

“Bu əlavələr və texnologiyalar uzun illərdir vahid infrastruktura əsaslanır, onların komandaları da çox vaxt birgə çalışır”,- açıqlamada bildirilir.

Xatırladaq ki, qərargahı Kaliforniyada yerləşən “Facebook” şirkəti və sosial şəbəkəsi 2004-cü il fevralın 4-də gənc iş adamı Mark Zukerberq tərəfindən təsis edilib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi