Ru
Bakı
USD
EUR
GBP
RUB

“Facebook” seçkilərə müdaxilə hallarına qarşı tədbir görür

news photo

17.01.2019 11:44 // High-tech

“Facebook” bu il mühüm seçkilər keçiriləcək Hindistan, Nigeriya, Ukrayna və Avropa İttifaqına üzv olan ölkələri üçün platformasındakı siyasi reklam qaydalarını sərtləşdirib.

Youthportal.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerləşdirilən məlumata əsasən, belə tədbirin məqsədi seçkilərə müdaxilənin qarşısını almaqdır. 

“Facebook”un qlobal siyasət və əhatə direktoru Kati Harbat bildirib ki, fevralın 16-da prezident seçkilərinin keçiriləcəyi Nigeriyada yanvarın 16-dan etibarən seçki ilə bağlı reklamları yalnız ölkədə yerləşən sifarişçilər verə biləcək. Fevral ayında eyni qayda martın 31-də prezident seçkilərinin keçiriləcəyi Ukrayna üçün də tətbiq olunacaq.

Aprel-may aylarına ümumi seçkilərin keçiriləcəyi Hindistana dair reklamlar isə “Facebook”dakı xüsusi elektron kitabxanaya yerləşdiriləcək. Habelə may ayında Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində də Avropa İttifaqına üzv olan ölkələr üçün siyasi reklamlz bağlı sərt qayda tətbiq ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi