Ru
Bakı
USD
EUR
GBP
RUB

"Facebook" İranla bağlılığı olan bir neçə yüz səhifə və akkauntu silib

news photo

01.02.2019 10:59 // Dünyada

"Facebook" sosial şəbəkəsi İranla bağlı olan 780 mindən çox səhifə və akkauntu silib.

Youthportal.az xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsinin məlumatında deyilir.

Məlumatda deyilir: "Bu gün biz "Facebook" və "İnstaqram"da əlaqələndirilmiş, yanıldan fəaliyyətlə məşğul olan çox sayda səhifə, qrup və akkauntları silmişik. Silinən səhifələr, qruplar və akkauntların İranla bağlılığı olub. Ümumilikdə hər iki sosial şəbəkədə 2 milyondan artıq izləyicisi və oxuyucusu olan 780-dən artıq səhifə, qrup və akkaunt silinib".

Bildirilir ki, sözügedən səhifələrdə naməlum şəxslər tərəfindən dünyanın müxtəlif regionlarından, əsasən Yaxın Şərq və Cənubi Asiya ölkələrindən olan istifadəçilərə təsir göstərmək məqsədilə paylaşımlar edilirmiş.

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi