Ru
Bakı
USD
EUR
GBP
RUB

“Facebook” internetin paylanması üçün peyk buraxmağı planlaşdırır

news photo

30.07.2018 16:45 // High-tech

“Facebook” sosial şəbəkəsi Yer kürəsinin çətinliklə gedilə bilən guşələrinin internetlə təmin olunması təşəbbüsünü irəli sürüb.

Şirkətin məlumatında bildirilir: “Hazırda yeni “Athena” (“Afina”) internet-peykinin yaradılması ilə bağlı ciddi tədbirlər görülür. İndi biz layihə haqqında konkret danışa bilmirik, lakin belə düşünürük ki, peyk texnologiyaları növbəti nəslin

genişzolaqlı internet infrastrukturunun inkişafında vacib rol oynayacaq. Belə ki, peyk şəbəkəyə girişin məhdudlaşdırıldığı və ya heç olmadığı ucqar kəndləri internetlə təmin edəcək”.

Youthportal.az hitech.vesti.ru saytına istinadla xəbər verir ki, peyk sənayesi daha çox özəl şirkətlərin diqqətini cəlb edir. Məsələn, İlon Maskın “SpaceX” şirkəti “Starlink” peyk sistemini hazırlayır ki, bu sistem bütün Yer kürəsini genişzolaqlı şəbəkə ilə əhatə edən bir neçə min peykin orbitə çıxışını nəzərdə tutur.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi