Ru
Bakı
USD
EUR
GBP
RUB

F1 TV Barselonada mövsümqabağı testləri birbaşa yayımlayacaq

news photo

20.12.2018 14:13 // Formula 1

Formula 1 rəhbərliyi bildirib ki, qarşıdan gələn testlər F1 TV-nin striminq servisinin birbaşa efirində nümayiş etdiriləcək.

Youthportal.az xəbər verir ki, bunu “Reddit” forumunda müzakirələrdə Formula 1-in marketinq tədqiqatları üzrə başçısı Mett Roberts bildirib.

Roberts deyib: “Mən həmkarlarımdan ətraflı öyrəndim və deyə bilərəm ki, F1 TV Barselonada gözlənilən testləri birbaşa efirdə göstərəcək, lakin bunun məhz hansı abunə tipi əsasında olacağı hələlik məlum deyildir”.

Xatırladaq ki, hazırda F1 TV Pro servisi dünyanın müəyyən ölkələrində yalnız ingilis, fransız, alman və ispan dillərində təqdim edilir. Bu xidmət 52 ölkədə göstərilir.

Barselonada testlər iki blokda keçiriləcək. Onlardan birincisi fevralın 18-də start götürür və 21-də başa çatacaq. Fevralın 28-nə nəzərdə tutulan ikinci test də dörd gün davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi