Ru
Bakı
USD
EUR
GBP
RUB

F1 Braziliya Qran-Prisinin gələcəyi sual altındadır

news photo

13.11.2018 14:10 // Formula 1

Formula 1 Braziliya Qran-Prisinin keçirilməsi üzrə kontraktın müddəti 2020-ci ildə başa çatır və bu mərhələnin gələcəyi sual altındadır. San-Pauluda dəfələrlə bildiriblər ki, yarışların keçirilməsi şəhər büdcəsinə artıq yükdür və kontraktın uzadılması üçün xərcləri azaltmaq lazımdır.

Youthportal.az xəbər verir ki, bu çərçivədə təxirəsalınmaz tədbirlərdən biri də “Interlagos” avtodromunun özəlləşdirilməsidir. Lakin bunun üçün San-Paulu şəhər şurasının müvafiq qərarı tələb olunur. Məsələnin səsverməyə çıxarılması tarixi isə hələ müəyyən olunmayıb. Şəhər meri Bruno Kova bazar günü keçirilən yarışları izlədikdən sonra jurnalistlərə bildirib ki, avtodromun özəlləşdirilməsi “Interlagos”da Formula 1-in taleyinin müsbət həlli deməkdir. “Bu yarışlar şəhərimiz üçün mühümdür və onu qoruyub saxlamaqdan ötrü lazım olan bütün imkanlara malikik”, -deyə mer əlavə edib.

Öz növbəsində, “Liberty Media” şirkətinin nümayəndəsi qeyd edib ki, kontraktın uzadılmasına tələsmək lazım deyil, çünki hələ yetərincə vaxt var. Şirkət nümayəndəsi vurğulayıb ki, Braziliya mərhələsi Formula 1 üçün əhəmiyyətlidir.

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi