Ru
Bakı
USD
EUR
GBP
RUB

F1 Azərbaycan Qran Prisi ilə bağlı keçirilən fotomüsabiqənin əhatə dairəsi genişləndirilir

news photo

17.12.2019 13:50 // Formula 1

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) “Formula 1 Dünya Çempionatının 70 illiyi” və “Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi” münasibətilə keçirdiyi fotomüsabiqədə artıq istənilən fotoqraf iştirak edə bilər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Youthportal.az-a verilən məlumata görə, bu dəyişikliyə səbəb müsabiqəyə kütləvi informasiya vasitələrindən kənarda fəaliyyət göstərən fotoqraflardan əməliyyat şirkətinin ünvanına gələn çoxsaylı müraciətlər olub.

Həmçinin əməliyyat şirkəti artan rəqabəti nəzərə alaraq müsabiqənin daha səmərəli şəkildə baş tutması üçün əvvəl elan etdiyi qaydalara daha bir neçəsini əlavə edib.

Müsabiqənin müddəti 31 yanvar 2020-ci il tarixinədək uzadılıb. Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı fotoları elektron formada media@bakugp.az email ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

İştirakçılardan müsabiqəyə müraciət edərkən aşağıdakı qaydalara tam əməl etmələri xahiş olunur.

Müsabiqədə iştirak qaydaları:

✔ Müsabiqədə istənilən fotoqraf iştirak edə bilər.

✔ Fotolar Bakıda keçirilən Formula 1 yarışları zamanı çəkilməlidir və iki kateqoriya üzrə qəbul olunur: trek üzərində və trek ətrafında (axşam konsertlərindən çəkilən şəkillər qəbul olunmur).

✔ Hər bir fotoqraf müsabiqəyə iki kateqoriya üzrə birlikdə ən çox 4 ədəd foto təqdim edə bilər.

✔ Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda təqdim edilməlidir.

✔ Fotolar jpg/jpeg formatında, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə təqdim edilməlidir.

Digər xəbərlər

Xəbər lenti

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi