Ru
Bakı
USD
EUR
GBP
RUB

F 1 komandalarının rəhbərləri Hemiltonu ilin ən yaxşı yürüşçüsü seçiblər

news photo

07.12.2018 11:25 // Formula 1

Formula 1 komandalarının rəhbərləri ilin ən yaxşı yürüşçüsünü seçiblər.

Youthportal.az xəbər verir ki, ilin mükafatının sahibi 2018-ci il mövsümünün dünya çempionu Lyuis Hemilton olub. Bu titul onun karyerasında beşincidir.

Səsvermənin nəticələrinə görə, Hemilton 218 bal toplayıb, onun ən yaxın rəqibi Maks Ferstappen isə cəmi 139 balla kifayətlənib. Üçüncü yeri Sebastyan Fettel, dördüncü pilləni isə Fernando Alonso tutublar. Onlardan başqa, ilk onluğa Daniel Rikkardo, Şarl Lekler, Kimi Raykkonen, Valtteri Bottas, Esteban Okon və Niko Hülkenberq daxil olublar.

Qeyd etmək lazımdır ki, səsvermədə doqquz komanda rəhbəri – Toto Volf, Kristian Xorner, Siril Abitebul, Günter Ştayner, Zak Braun, Otmar Zafnauer, Frederik Vassyor, Frans Tost və Kler Uilyams iştirak ediblər.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi