Ru
Bakı
USD
EUR
GBP
RUB

“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb

news photo

23.07.2019 16:38 // İdman

İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə yunan-Roma pəhləvanımız Elmir Əliyev (51 kq) komandamızın 5-ci qızıl medalını qazanıb.

Youthportal.az xəbər verir ki, idmançımız finalda ukraynalı Sanya Yakovlev üzərində inamla qələbə qazanaraq qızıl medala sahib olub.

Qeyd edək ki, E.Əliyev səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edib.

Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə polşalı Pyotr Stolarzik türkiyəli İlhan Aldını, gürcüstanlı Nukri Benidze isə rumıniyalı Denis-Florin Mihaini məğlubiyyətə uğradıblar.

Digər xəbərlər

Xəbər lenti

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi