Ru
Bakı
USD
EUR
GBP
RUB

“EYOF Bakı 2019”: Bu gün Azərbaycanın 5 güləşçisi yarımfinala vəsiqə qazanıb

news photo

22.07.2019 13:13 // İdman

Bu gün XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının ikinci günündə yeddi güləşçimiz mübarizəyə qoşulub.

Youthportal.az xəbər verir ki, sərbəst güləşçimiz Mircavad Nəbiyev (48 kq) Rusiya yığmasının üzvü Maqomedamin Bekbulatov ilə qarşılaşmada qələbəni son saniyədə əldən verib - 6:6*. Onun komanda yoldaşı Sabir Cəfərov (60 kq) ilk mərhələdə macar rəqibi Marsel Deliyə vaxtından əvvəl qalib gəlib – 10:0. Daha sonra belaruslu Anatoli Hramikə 12:1 hesabı ilə qalib gələn idmançımız adını yarımfinala yazdırıb.

Yunan-Roma güləşi yarışında Qurban Qurbanov (48 kq) debütdə Polşadan olan həmkarı Kasper Karaskieviçə tam üstünlüklə qalib gəlib – 8:0. O, daha sonra türkiyəli Emin Çeliki 10:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Həsrət Cəfərov (60 kq) litvalı güləşçi Donatas Rindeikisi çətinlik çəkmədən məğlub edib - 12:0.

Qadın güləşçimiz Gültəkin Şirinova (46 kq) finlandiyalı rəqibi Yutta Ala-Rantanı 7:4, belaruslu Pertsava Tatisiananı 6:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

Mərziyə Sadıqova (61 kq) ilk görüşdə Ukrayna idmançısı Manola Skobelskadan üstün olub – 6:3. Daha sonra rusiyalı Alina Kasabieva ilə görüşdə də üstün olan (*1:1) idmançımız yarımfinala yüksəlib.

Yarışlar davam edir.

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi