Ru
Bakı
USD
EUR
GBP
RUB

“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib

news photo

23.07.2019 09:54 // İdman

İyulun 23-də Bakı Su İdmanı Sarayında keçirilən “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında üzgüçülük yarışlarının ikinci gününə start verilib.

Youthportal.az xəbər verir ki, yarışın səhər sessiyasında 100, 400, 1500 metr məsafəyə sərbəst, 200 metr məsafəyə batterflay, brass, fərdi qaydada qarışıq üzmə yarışları keçiriləcək. Həmçinin üzgüçülər 4x100 metr məsafəyə qarışıq sərbəst ötürmə yarışlarında qüvvələrini sınayacaqlar. Axşam sessiyasında isə yarımfinal və final mərhələsi keçiriləcək.

İkinci yarış günündə Azərbaycan üzgüçüləri Maksim Petrenko 100 metr məsafəyə sərbəst, Aysel Səfərova 400 metr məsafəyə sərbəst, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay, Rəşad Alquliyev 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi