Ru
Bakı
USD
EUR
GBP
RUB

EYOF: 3 güləşçimiz finala vəsiqə qazanıb

news photo

21.07.2019 14:11 // İdman

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımız çıxışlarını uğurla davam etdirirlər.

Youthportal.az xəbər verir ki, sərbəst güləşçimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri, polşalı Fabian Niedziedzkini məğlub edərək finala vəsiqə qazanıb.

Onun komanda yoldaşı Əbülfəz Nəsirov (55 kq) finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bezhani Barsonidzeni, daha sonra rusiyalı Maqomed-Emi Eltemirovu məğlub edib.

Yunan-Roma güləşi üzrə Fərid Sadıxlı (45 kq) da festivala inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda Davit Qvasalianı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rusiyalı Maksim Qurova qalib gələn idmançımız finalda mübarizə aparacaq.

Yunan-Roma güləşçimiz Nihat Məmmədli (55 kq) isə əvvəlcə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəlib. Dörddəbir finalda gürcüstanlı Romeo Beridzeyə məğlub olan idmançımız təsəlliverici görüşlərdə mübarizə aparacaq.

İlk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi